Bu gün səhər təxminən saat 8.10 radələrində 199 saylı marşrutla hərəkət edən 10 TC 736 nömrəli avtobus Masazır dairəsində 090 VA 341 nömrəli Kia markalı minik avtomobili ilə toqquşub.
Mediainfo.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, toqquşma nəticəsində minik avtomobili əzilib. Qəzaya səbəb avtobus sürücüsünün ötmə əməliyyatını düzgün etməməsi olub. Baş verən qəza zamanı avtobusun sərnişinləri arasında panika yaranıb. Qəzadan sonra avtobus sürücüsü sərnişinlərdən avtobusu tərk etməyi tələb edib. Nəticədə 50-dən artıq sərnişin yolda qalıb və bu, sərnişinlərlə avtobus sürücüsü arasında kəskin mübahisələrə səbəb olub.
Əziz Mustafa
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































