Qaxda baş verən yol qəzasında üç nəfər xəsarət alıb.
"Report"un Şəki-Zaqatala bürosunun məlumatına görə, sentyabrın 26-ı axşam saatlarında Şəki rayonu Aşağı Göynük kənd sakinləri 1967-ci il təvəllüdlü Dadaş Əli oğlu Mahmudov, 45 yaşlı Fərman Yusifov və Şəkinin Şin kənd sakini 1963-cü il təvəllüdlü Mirzə Məmməd oğlu Cəbiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan "Report"a bildirlib ki, müayinə zamanı hər üç şəxsin eyni minik avtomobilində Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində yol qəzasına düşməsi məlum olub. Yaralılardan Dadaş Mahmudov xəstəxananın Cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Digər yaralılar Fərman Yusifov və Mirzə Cəbiyevin xəsarətləri yüngül olduğundan onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































