"Knud" qasırğası Norveçin cənubundakı Aqder vilayətində ağacların elektrik ötürücüsü xətlərinin üstünə aşmasına səbəb olub. Nəticədə 30 mindən çox ev elektriksiz qalıb.
Bu barədə məlumat Norveçin "Agder Energi" stansiyasının saytında yer alıb.
Eyni zamanda, Norveç teleqraf bürosunun məlumatına görə, elektrik kəsilməsi hallarının sayı 50 mini ötüb. Energetiklər elektrik verilişini bərpa etməyə çalışırlar. Yıxılan ağaclar ölkənin cənubunda iki yolu – Syorlansbanen və Ostfoldbaneni bağlayıb. Norveçin hökumət orqanları qasırğa təhlükəsinin "qırmızı" səviyyəsini elan ediblər.
Təbii fəlakət zərbəsi şənbə günü Finlandiya üçün də gözlənilir. Finlandiya Meteoroloji İnstitutu ölkənin cənubunda və qərbində küləyin sürətinin saniyədə 20 metrə çata biləcəyi barədə xəbərdarlıq edib. "Yle" teleşirkətinin məlumatına görə, bununla əlaqədar Finlandiyadan yola düşən bərələrin cədvəlində dəyişiklik edilə bilər.
Qasırğa Danimarkanın bir sıra bölgələrinə sürəti saniyədə 33 metrə çatan külək gətirib. İsveçdə cümə günü güclü küləklər səbəbindən aşan ağaclar aşaraq bir neçə yolu bağlayıb. İnsanlara evlərindən çıxmamaq tövsiyə edilib9.azərtac)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































