ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Tanzaniyada sərnişin bərəsinin batması nəticəsində azı 44 nəfər həlak olub.
Bu barədə yerli hakimiyyət orqanlarına istinadla Capital Television telekanalı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, hadisə sentyabrın 20-də Viktoriya gölündə baş verib. Mvanza şəhərinin regional komissarı Con Monqella bildirib ki, xilasedicilər tərəfindən 44 cəsəd aşkar olunub, 37 nəfər isə xilas edilib. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
Bərənin göyərtəsində olan sərnişinlərin dəqiq sayı məlum deyil. Bu bərə 100-dən çox sərnişin, 25 ton yük və bir neçə kiçik nəqliyyat vasitəsi daşımağa qadirdir.
Yerli kütləvi informasiya vasitələrinin yazdığına görə, Tanzaniya hökuməti həlak olanların sayının 200-ü keçəcəyini güman edir. (azərtac)