Filippində "Manqhut" tufanına görə 800 mindən çox insan təxliyə olunacaq.
Bu barədə yerli hakimiyyət orqanlarına istinadla Filippin kütləvi-informasiya vasitələri məlumat yayıb.
Filippin Risklərin Azaldılması və Fəlakətlərin İdarə Olunması Milli Şurasının nümayəndəsi (NDRRMC) Edqar Posadas bildirib ki, hazırda fəlakətin keçəcəyi rayonlarda təxliyə məşqləri aparılır.
NDRRMC-nın icraçı direktoru Rikardo Calad isə qeyd edib ki, söhbət Kaqayan, İsabela, Apayao, Abra, İfuqao, Cənubi İlokos, Şimali İlokos və Dağlıq əyalətlərindən 845 min insanın təxliyəsindən gedir.
Hakimiyyət orqanları tufan zonasına düşən vətəndaşlara ciddi dağıntılardan, daşqın və torpaq sürüşmələrindən qorunmaq üçün təxliyə mərkəzlərinə toplanmağı tövsiyə edir.
Filippinə "Manqhut" tufanı sentyabrın 12-də yaxınlaşıb. Müvafiq qurumlar qasırğa xəbərdarlığı yaysalar da, onun sentyabrın 15-də maksimum gücə çatacağı gözlənilir. Supertufan kimi təsnifləşdirilən "Manqhut"da küləyin maksimum sürəti saatda 270 kilometrə çatır. AzərTac
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































