Atlantik okeanı hövzəsində bu il sayca altıncı olan "Florens" tropik fırtınası bazar günü qasırğaya çevrilib və get-gedə güclənməkdədir.
Hazırda qasırğa saatda 140 kilometr sürətlə irəliləyir. Gözlənildiyinə görə, növbəti iki gün ərzində qasırğanın şiddəti 3-cü kateqoriyaya çatacaq. Mayamidəki Mili Qasırğalar Mərkəzinin meteoroloqlarının verdiyi məlumata görə, "Florens" qasırğası Şimali və Cənubi Karolina ştatlarının sərhədinə doğru hərəkət edir.
Şimali Karolina ştatının qubernatoru Roy Kuper ştat sakinlərinə xəbərdarlıq edib ki, qasırğa sahilboyu ərazilərdə çox böyük dalğalar və təhlükəli axınlar yaradır. Bu arada Atlantikada yeni fırtınalar formalaşmaqdadır. Əgər onlar şiddətlənərək tropik fırtınalara çevrilsə, yeni fırtınaların adları "Helen" və "Ayzek" olacaq. Gücünə görə qasırğaya bərabər olan "Helen" artıq gələn həftə Karib hövzəsinə çata bilər. AzərTac
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































