Yaponiyanın şimalında yerləşən Hokkaydo prefekturasında baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 42-yə çatıb.
Mediainfo.az AzərTac-a istinadən xəbər verir ki, bu barədə fəlakət rayonuna səfər edən Yaponiyanın Baş naziri Şinzo Abe deyib.
"Hazırda 42 nəfərin həlak olduğu məlumdur. Biz təhlükəsizliyi təsdiq olunmayanların tezliklə aşkar edilməsi və xilası üçün bütün gücümüzü sərf etməkdə davam edəcəyik", - deyə Baş nazir NHK telekanalı ilə translyasiya edilən çıxışı zamanı bildirib.
Hazırda təbii fəlakətin baş verdiyi ərazidə özünümüdafiə qüvvələri, polis və yanğınsöndürmə xidmətinin heyəti axtarış-xilasetmə işlərini davam etdirir.
Baş nazir bildirib ki, hökumət fəlakətin nəticələrinin aradan qaldırılması və xilasetmə işləri üçün 540 milyon yen (təqribən 4,86 milyon dollar) ayırmağı planlaşdırır.
Yerli kütləvi-informasiya vasitələri adada ictimai nəqliyyatın fəaliyyətinin bərpa edildiyini, yaşayış məntəqələrinin elektrik enerjisi ilə tam şəkildə təmin olunduğunu da bildirir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































