Moldova prezideti İqor Dodonun korteji Straşenı – Kalaraş yolunda qəzaya düşüb. Dövlət başçısı qəza nəticəsində xəstəxanaya yerləşdirilib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü yerli "Publika" telekanalı məlumat yayıb.
İlkin məlumatlara görə, kortej yük maşını ilə toqquşub və nəticədə maşınlardan biri aşıb. Polis qəza faktını təsdiq edib, lakin onun detalları barədə məlumat verməyib.
Moldova prezidentinin mətbuat xidmətindən TASS-a məlumatı hələ ki, təsdiq etməyiblər.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































