Hokkaydo adasında xilasedicilər zəlzələdən sonra baş vermiş kütləvi torpaq sürüşmələri nəticəsində sağ qalanların axtarışlarını davam etdirirlər.
Dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 37-yə çatıb, 2 nəfər isə itkin düşmüş hesab olunur.
Hazırda axtarışlar əsasən prefekturanın cənubunda, zəlzələnin episentrinin yerləşdiyi Atsuma şəhərində aparılır. Burada xilasetmə-axtarış əməliyyatlarına xilasedicilərlə birlikdə polisin və yanğınsöndürmə xidmətinin 1800 əməkdaşı cəlb edilib. İtkin düşənlərin hamısının bu şəhərdə olduğu bildirilir.
Prefektura rəhbərliyi qeyd edib ki, sentyabrın 9-da səhər saat 5-ə olan məlumata görə, 12 bələdiyyədə 5000-dək insan sığınacaqlarda yerləşdirilib.
Meteorologiya Agentliyinin nümayəndələri yaxın günlərdə növbəti güclü zəlzələnin baş vermə ehtimalı barədə xəbərdarlıq edirlər.
Adada zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində işlər də davam etdirilir, ictimai nəqliyyatın fəaliyyəti qaydaya düşür. Sapporonun yaxınlığında yerləşən "New Chitose" aeroportu beynəlxalq reysləri artıq bərpa edib.
"Hokkaido Electric Power Company" şirkətinin bildirdiyinə görə, prefekturanın əsas istilik elektrik stansiyasının yenidən işə başlaması üçün bir həftədən çox vaxt lazımdır.
Baş nazir Şinzo Abe vəziyyətlə yerində tanış olmaq üçün hazırda Hokkaydo adasındadır. AzərTac
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































