Yaponiyanın Hokkaydo adasında baş verən zəlzələ zamanı 110 nəfər xəsarət alıb.
Zəlzələ nəticəsində Atsuma qəsəbəsində baş verən torpaq sürüşməsi nəticəsində 19 nəfər itkin düşüb. Tomakomay şəhərində xəsarət alan bir nəfərin vəziyyəti ağırdır.
Adada elektrik təchizatı böyük miqyasda dayandırılıb, 3 milyondan çox insan işıqsız qalıb.
Qeyd edək ki, çərşənbə günü Hokkaydo adasında 6,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri İbura rayonunda yerləşib. Zəlzələ ocağı 37 kilometr dərinlikdə yerləşib. AzərTac
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































