Yaponiyanın 13 aviaşirkəti güclü "Cebi" qasırğasının yaxınlaşması ilə əlaqədar olaraq ölkənin mərkəzi və cənub-qərb hissəsi istiqamətlərində 589 aviareysi ləğv etdiyini bildirib.
Mediainfo.az Azərtac-a istinadla xəbər ki, aviadaşıyıcılar Kansay bölgəsinin Osaka, Kobe kimi şəhərlərinə reysləri ləğv etmək məcburiyyətində qalıblar. Həmçinin ölkənin "West Japan" dəmir yolu şirkəti Osaka, Xirosima, habelə Honşu adasını Sikoku ilə birləşdirən yerlərə sürət və ekspress qatarlarını göndərməyi dayandırıb. Kanaqava və Tiba prefekturaları arasında bərə hərəkəti ləğv edilib.
Hazırda qasırğa Yaponiyaya cənub-şərqdən yaxınlaşır və şimala doğru irəliləyir. Qasırğanın mərkəzində təzyiq 945 hektopaskaldır. Küləyin gücü əsasən saniyədə 45 metrdir, arabir saniyədə 60 metrə çatır. Meteoroloqlar "Cebi"ni bu il ərzində ən güclü qasırğa hesab edirlər.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































