İki azərbaycanlı qadın Türkiyədə avtobus qəzasında həlak olub.
Hadisə bu gün səhər saatlarında Girəsun bölgəsinin Tirebolu qəsəbəsində, Qaradəniz sahil yolunda baş verib.
Trabzondan Girəsuna gedən 47 yaşlı Sedat İnanlının idarə etdiyi 61 SD 624 nömrəli mikroavtobus qəfildən idarəetməni itirərək aşıb. Nəticədə sürücü və avtobusdakı azərbaycanlı sərnişinlər - 47 yaşlı Rahilə Əsirova və 42 yaşlı İdarə Tanrıverdiyeva həlak olublar. Digər sərnişin, 49 yaşlı Şükrü Altaş isə yaralanıb.
Hadisə yerinə təcili yardım avtomobili gəlib və yaralı Tirebolu Dövlət Xəstəxanasına çatdırılıb. Yol nəqliyyat hadisəsi nəticəsində 2-si qadın olmaqla, 3 nəfərin cənazəsi morqa aparılıb.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































