Çilinin Kintero və Puçunkavi rayonlarında çirkli hava nəticəsində 300 nəfər zəhərlənib.
Mediainfo.az AzərTac-a istinadla xəbər verir ki, keçən həftə ərzində zəhərlənmə simptomu ilə 100-dən çox insan xəstəxanalara müraciət edib. Hazırda isə onların sayı 300-ə çatıb. Fövqəladə ekoloji vəziyyət ilə əlaqədar "sarı" səviyyəli həyəcan elan olunub.
Çili Prezidenti Sebastian Pinyera "sarı buludların" mənşəyinin araşdırıldığını vurğulayıb.
Vilayət rəhbəri Xorxe Martines mətbuat konfransında bildirib ki, yoxlamalar regionda yerləşən iri şirkətlərdə aparılır. Çirklənməyə səbəb olan karbohidrogen tullantılarının izləri dövlət neft şirkətində - "Empresa Nacional del Petroleo"da (ENAP) aşkar edilib.
Xorxe Martines yoxlamaların davam etdiriləcəyini deyib.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































