Yaponiyada "Simaron" qasırğası səbəbindən 300-dən çox aviareys ləğv olunub.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, həmçinin təbii fəlakətlə əlaqədar hökumət Osaka və Xirosima şəhərləri arasında "Sinkansen" sürət qatarlarının hərəkətini də dayandırmaq məcburiyyətində qalıb.
Qasırğanın gətirdiyi leysan yağışları nəticəsində küçələri su basıb, güclü külək damları uçurub. İlkin məlumata görə, 13 nəfər xəsarət alıb.
Meteoroloqlar Yaponiyanın qərb hissəsini təsiri altına alan "Simaron" tufanının zəifləyərək ciddi tropik qasırğa səviyyəsinə qədər azaldığını bildiriblər. Hazırda Yaponiya dənizi üzərində olan qasırğa saatda 45 kilometr sürətlə şimala doğru irəliləyir. Onun qərb rayonlarına güclü yağış və külək gətirəcəyi gözlənilir. Hökumət sürüşmə və daşqın təhlükəsinə görə əhaliyə təxliyə olunmağı tövsiyə edib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































