Toyda qadın dünyasını dəyişib.
Report xəbər verir ki, hadisə Energetik yaşayış massivində yerləşən "Nur" şadlıq sarayında baş verib.
Belə ki, burada keçirilən toyun gedişində Yevlax rayonunun Tanrıqullar kəndindən olan adı hələlik dəqiqləşdirilməmiş təxminən 50-55 yaşlı qadın qəfildən dünyasını dəyişib. Ona yardım üçün həkim briqadası çağırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qohumlar hüquq-mühafizə orqanı nümayəndələrinə əlavə araşdırmalara ehtiyac olmadığını bildirib. Onların sözlərinə görə, qadın öz əcəli ilə gözlərinin önündə keçinib. Bundan sonra dünyasını dəyişən qadının meyiti toy məclisindən birbaşa Tanrıqullar kəndinə götürülüb.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































