Ağdam rayonunun Baharlı qəsəbəsində 81 yaşlı qadın su quyusuna düşərək dünyasını dəyişib.
Bu barədə Yeniavaz.com saytına mərhumun yaxınları məlumat veriblər.
Onların sözlərinə görə, Əsgərova Məntiqə Hüseyn qızı oğlunun həyətdə qazdığı 9 metr dərinliyi olan su quyusuna düşərək, köməksiz vəziyyətdə qalıb: "Məntiqə Əsgərovanın yaddaşında bir neçə il idi problem yaranmışdı. Hətta həyətdən çıxanda öz evlərinin yerini tapa bilmirdi. Ona görə oğlu və gəlini bir yerə gedəndə həyət darvazasını bağlayırdılar ki, küçəyə çıxa bilməsin.
Hadisə baş verən gün onun oğlu və gəlini kəndlərindəki təsərrüfatdan soğan çıxarmağa gediblərmiş. Günorta radələrində nahara evə qayıdarkən Məntiqə Əsgərovanı evdə tapa bilməyiblər. Həyəti axtarıblar, qonşulardan soruşublar, ancaq onu gördüm deyən olmayıb. Həyətdəki su quyusunun ağzının açıq olmasından şübhələnən oğlu ora baxarkən gözlərinə inanmayıb - anası su quyusuna düşərək qolları, ayaqları, beli qırılaraq, dünyasını dəyişib.
Həmin vaxt həyətdə, yaxınlıqda heç kim olmadığından ona kömək edən olmayıb".
Qonşular və kənd sakinləri mərhumun cəsədini su quyusundan çıxarmağa çalışsalar da, bu mümkün olmayıb.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri köməyə gəliblər.
Yaşlı qadının meyiti su quyusundan çıxarılaraq ailəsinə təhvil verilib".
Faktla bağlı araşdırmalar davam edir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































