Tanınmış jurnalist Səbuhi Məmmədli intihara cəhd edib

Tanınmış jurnalist Səbuhi Məmmədli intihara cəhd edib

Tanınmış jurnalist Səbuhi Məmmədli intihara cəhd edib.

Jurnalist ötən gecə sosial şəbəkədə intihar anonsu verib.

O, əvvəlcə çətin anlar yaşadığını qeyd edib: "Bu və digər səbəblərdən həyatımın ən gərgin günlərini yaşayıram. Səhhətim, əsəblərim yerində deyil".

Bu statusun üstündən qısa müddət keçdikdən sonra ölmək istəmədiyini yazıb: "Ölmək istəmirəm. Çox qorxuram... Bu nə səhvlərdir, mən buraxdım... Bitsin!"

Sonuncu statusunda Biləcəri dəmir yolu körpüsününün üstündə həyata keçirəcəyi intihar şousuna dəvət edib:

"Bəsdir, bəsdir, bəsdir. Kimin həvəsi varsa, gəlsin. Biləcəri dəmir yolu körpüsünün üstünə. Aşağıda yüksək elekrik naqilləri var. Sizə reailiti şou göstərərəcəm. Şəhərcikdən çıxdım, gəlin. Bəlkə elə yolda başqa şou da oldu. Həyat, sənin var-yoxunu..."

S.Məmmədlinin bu statuslarına görən dostları ona bu fikrindən daşındırmağa cəhd ediblər. Yaxın dostları isə onunla əlaqə saxlamağa çalışıblar.

Yaxınlarının bildirdiyinə görə, Səbuhi Rəhimli təcili tibbi yardımla xəstəxanaya aparılıb. Daha sonra isə Semaşko xəstəxanasının (1 saylı Şəhər Klinik Xəstəxanası) reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Səbuhi Məmmədlinin sonuncu iş yerindən mart ayında ayrılıb. O, "APA holdinq" şirkətinin tərkibindəki Lent.az saytının redaktoru idi. (baku.vvs)

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az