Hacıqabulda alman uşağı zəhərləndi – Almaniyadan təyyarə göndərildi

Hacıqabulda alman uşağı zəhərləndi – Almaniyadan təyyarə göndərildi

Azərbaycanda zəhərlənən 5 yaşlı almaniyalı uşaqla bağlı ətraflı məlumat yayılıb.

Azərbaycana gəzməyə gəlmiş Almaniyalı ailənin 5 yaşlı oğlu Hacıqabulda səhvən qarışqa zəhəri içərək zəhərlənib.

Hacıqabul təcili tibbi yardım əməkdaşları uşağın vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Lakin sonradan uşağın vəziyyətinin pisləşdiyini görən ailə Şirvan mərkəzi xəstəxanasına müraciət ediblər.

Xəstəxanada uşağa qaytarması üçün marqanis içizdiriblər. Amma uşağın vəziyyətində dəyişiklik olmadığından onun mədəsini yuyublar.

Nəticədə uşağın vəziyyəti daha da pisləşib.

Komaya düşən uşağın valideynləri Bakıdan həkim gətirilməsini tələb etsələr də, xəstəxananın baş həkimi buna ehtiyac olmadığını bildirib.

Lakin valideynlərin israrından sonra Toksikologiya Mərkəzindən həkim gətizdirilir.

Həkim uşağı 3 saat əziyyətdən sonra komadan çıxarıb. Daha sonra uşaq tam sağalmadığı üçün Bakıya gətirilir.

Ailə isə təcili Bakıdakı alman konsulluğuna müraciət edərək Almaniyadakı ADAC sığorta şirkəti ilə əlaqə yaradır.

ADAC tərəfindən göndərilən təyyarə ilə uşaq Hamburga, "Toxikologische Klinikum"a gətirilir.(Baku.ws)

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az