Zaqatalada leysan xarakterli yağışlar nəticəsində 28 nəfər nəfər təxliyə olunub.
Avqustun 10-da axşam saatlarından başlayaraq Respublikanın bəzi şimal-qərb rayonlarında fasilələrlə yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala və Balakən rayonlarında bəzi ərazilərin subasmaya məruz qalması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən Rayon İcra Hakimiyyətlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Zaqatala rayonunun Vöhtala kəndi ərazisində köməksiz vəziyyətdə qalmış 28 nəfər Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin köməkliyi ilə Aviasiya dəstəsinin "Mi-17" helikopterində təhlükəsiz əraziyə köçürülüb.
Eyni zamanda, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və müvafiq texnikası hadisə rayonlarında suçəkmə işlərinə cəlb olunub. Yağıntıların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir. (publika.az)
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































