Quba-Xaçmaz yolunun Qubanın Timiryazev kəndindən keçən hissəsində ağır qəza baş verib.
"Qafqazinfo" xəbər verir ki, Quba tərəfdən gələn "Mercedes" markalı avtomobil Timiryazev kəndindən əsas yola çıxmaq istəyən "VAZ-2106" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində "VAZ-2106"da olan "Kanal13"ün müxbiri, 1958-ci il təvəllüdlü Tosoyev Binəli Adil oğlu və adı hələlik məlum olmayan sürücü deformasiyaya uğramış maşında sıxılıb qalıblar. Onları avtombildən çətinliklə də olsa çıxarmaq mümkün olub.
Hər iki yaralı Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sağ ayağın və qabırğaların sınığı, baş beyin sirkələnməsi diaqnozu qoyulan Binəli Tosoyevin vəziyyəti ağır olduğu üçün onu Bakıdakı xəstəxanalardan birinə göndəriblər. Sürücü isə Qubada reanimasiya şöbəsində müalicə alır.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































