Nərimanov rayonunda yerləşən "Caspian Business Otel"də İraq Respublikasının vətəndaşı dünyasını dəyişib. 1967-ci il təvəllüdlü Ammar Al Ce Cuborinin halı pisləşdiyindən otel rəhbərliyi təcili yardım çağırıb və Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq ərəbin təzyiqini aşağı sala bilməyiblər və 51 yaşlı əcnəbi dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb.
Oteldən ölkə.az-a verilən açıqlamaya görə, Ammar Al Ce Cuborinin avqust ayının 3-dən turpaketlə İraqdan Azərbaycana turist kimi gəlib, ayın 10-da qayıtmalı idi:
"Hadisə ötən gün axşam saat 18 radələrində baş verib, halı pisləşdi, bizə məlumat verdi, biz də təcili yardım çağırdıq, apardılar xəstəxanaya. Sonra məlumat gəldi ki, dünyasını dəyişib. Biz də ölüm faktı ilə bağlı nümayəndəliyə məlumat verdik. Ümumiyyətlə onun ölümünə ilkin səbəb kimi cinsi gücü artıran dərmanları həddindən artıq çox qəbul etməsidir, onun da üstündən enerji içkilərini içirlər. Bu zamanda ürəyin fəaliyyəti pozulur və belə hallar yaranır".
Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































