Yay mövsümü başlayandan indiyədək Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ilan sancması ilə bağlı 27 müraciət daxil olub və bütün xəstələr ilk tibbi yardımdan sonra hospitalizasiya ediliblər.
Bu statistik göstəricilər Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının açıqladığı məlumatda qeyd olunub.
Bildiyimiz kimi, yay ayları girəndən Bakıda ilanların çoxalması ictimaiyyəti narahat edən mövzulardan biridir. İyun ayında Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, bina 112, mənzil 26 ünvanında 5-ci mərtəbədə yaşayan Gülnarə Məmmədova və 5 yaşlı oğlu eyvana çıxmaq istəyərkən qəfil uzunluğu təxminən 1 metrdən çox olan ilanla qarşılamışdı. İyul ayında müğənni Emma Ələkbərzadə Bakı Bulvarında sürünən iki ilanın görüntülərini paylaşmışdı. Dünən isə, Bakının mərkəzində - məşhur "Torqovi" meydanında sürünən ilan insanları vahiməyə salmışdı.
Bu hələ mediada əks olunan faktlardı. Bu 3 fakt onu göstərir ki, həqiqətən də, paytaxtda ilanların sayı çoxalıb və həyəcan sinqalı çalmağın zamanı yetişib.
Müvafiq qurumlar məsələnin ciddiliyini diqqətdən qaçırmamalıdır. (baku.vvs)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































