Bu gecə Balakəndən Bakıya gələn sərnişin qatarında insident baş verib.
Report xəbər verir ki, hadisə qatarın keçdiyi Şəki stansiyasında qeydə alınıb.
4 nəfər – Əzizağa, Gülnarə və Gülxanım Əzizovalar, eləcə də Rəfiqə Səfərli vaqon vələdçilərinə internetlə bilet aldıqlarını bildirərək qatara minmək istəyiblər. Lakin bələdçilər onlardan onlayn biletin kassadan alınmalı olan kağız variantını tələb ediblər. Tərəflər arasında mübahisə yaranıb.
Bundan sonra vətəndaşlar internetlə ödənişin həyata keçirildiyini təsdiq edən tranzaksiya kodlarını bələdçilərə təqdim ediblər və qatarın bir qədər sonra keçəcəyi Yevlax stansiyası ilə əlaqə saxlanılıb. Biletlərin kassadan əldə olunacağı dəqiqləşdikdən sonra sərnişinlər qatara buraxılıblar. İnsident qatarın hərəkətində gecikməyə səbəb olmayıb.
Xatırladaq ki, internetlə sifariş verilmiş bilet qatarın minik stansiyasından yola düşməsinə 1 saat qalmışa qədər şəxsiyyəti təsdiq edən sənəd (bilet sifarişində qeyd olunmuş) təqdim olunmaqla Azərbaycan Dəmir Yolları QSC-nin kassalarından əldə edilməlidir. Kassir təqdim olunmuş sənəddəki məlumatları yoxlayır və bileti çap edərək sərnişinə verir.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































