Naxçvan Muxtar Respublikasının Ordubad rayonunda qeyri-adi hadisə baş verib. Ayılar Dırnıs kəndinə hücum çəkib.
Kənd sakini Nizami İsmayılbəylinin AzNews.az portalına verdiyi məlumata görə, ayıların hücumu nəticəsində insanlara xətər toxunmayıb:
"Ayı bal yemək üçün arı pətəklərinə hücum edir. Bir aya yaxındır ki, nə gecəmiz var, nə də gündüzümüz. Artıq 50-dən çox arı pətəyini dağıdıb. Ayını tuta bilmirik. Tutsaq da, öldürməyə ixtiyarımız yoxdur. Əlacımız yalnız patrona qalıb. Müraciət etmişik, bizə patron veriblər, arada atırıq ki, ayı qorxub yaxına gəlməsin".
Hadisəni Dırnıs kənd bələdiyyəsinin sədri Mürsəl Musayev də təsdiqləyib:
"Hadisə Alçallıq və Yaşıllıq adlı yaylaqlarda baş verib. Hansı ki, o yaylaqlar bizim kəndimizdən 15 km. uzaqda yerləşir. Camaatın əlacı kəsilib arı pətəklərini yaylaqdan kəndə köçürüb. Daha orada heç kəs arı saxlamaq istəmir. Hardasa 6 nəfərin təsərrüfatına ziyan dəyib, xeyli pətək dağılıb. Biz bununla bağlı sahə müvəkkilinə də məlumat vermişik".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































