1 avqust 2018-ci il tarixində saat 22:00-da Lənkəran rayonunun Yuxarı Nüvədi (Aleksyevka) kəndinin yaxınlığında, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 24 saylı dolayında baş verən yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları və kənd əhalisi tərəfindən qısa müddət ərzində söndürülüb.
Mediainfo.az saytına nazirlikdən verilən xəbərə görə, yanğın 0,01 hektara yaxın ərazini əhatə edib və nəticədə quru xəzəl, qurumuş və yıxılmış ağaclar yanıb.
Eyni zamanda 2 avqust 2018-ci il tarixində saat 3 radələrində Ağsu meşəbəyliyinin 8 saylı dolayında da yanğın hadisəsi baş verib. Naməlum səbəbdən baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən qısa müddət ərzində söndürülüb.
Yanğın nəticəsində 0,4 hektar ərazidə quru ot örtüyü yanıb.
Yanğınların hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması istiqamətində araşdırma aparılır.
Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































