Bu gün Bakı Metrosunda xoşagəlməz hadisə baş verib.
Apa xəbər veriri ki, saat 13:41-də metronun Neftçilər stansiyasında qatar platformada dayanan gənci vurub.
Məlumata görə, hadisə nəticəsində 30 yaşlarında olan gənc oğlan başından zədə alıb və qolu sıyrılıb.
Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov faktı təsdiqləyib: "Bu gün saat 13:41-də "Neftçilər" stansiyasına daxil olarkən qatarın güzgüsü platformada dayanan gəncə dəyib. Sərnişin hüdud səddini keçdiyindən və stansiyanın girişində dayandığından sürücü dərhal reaksiya verə bilməyib. Sərnişin təcili tibbi yardımın çağırılmasını istəməyib. Bununla belə hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Xəsarət yüngül olub".
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































