21 iyul axşam saatlarında Nabranda yerləşən "Malibu" İstirahət Mərkəzində erməni mahnısı səsləndirilib. "Qafqazinfo" yenicag.az –a istinadən xəbər verir ki, vətəndaşların şikayəti əsasında Xudat Şəhər Polis Bölməsinin nümayəndələri istirahət mərkəzinə gəlib.
Xudat Şəhər Polis Bölməsinin rəisi Fəxrəddin Hacıyevin də şəxsən iştirakı ilə musiqi saxlanılıb. İstirahət mərkəzində DJ kimi fəaliyyət göstərən Nağıyev Abdul Xaliq oğlu polislərlə dalaşıb. Polisə müqavimət göstərən DJ saxlanılaraq Xudat şəhər Polis Bölməsinə aparılıb.
Nağıyev Abdul Xaliq oğlu polisə musiqini "Malibu" İstirahət Mərkəzinin rəhbərinin kompüterindən götürdüyünü deyib.
Bu gün Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə Nağıyev Abdul Xaliq oğlu 10 sutka müddətinə həbs edilib.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































