Rusiyanın Leninqrad vilayətində 30 yaşlı Azərbaycan vətəndaşı faciəvi şəkildə ölüb. Bədbəxt hadisə iyulun 22-də Leninqrad vilayətinin Vsevolojsk rayonunda baş verib. Rayonun Aqalatovo kəndində 25 metrlik quyuya suvaq vuran azərbaycanlı gəncin halı qəflətən pisləşib. Huşunu itirən həmyerlimiz suya düşüb. Hadisə yerinə xilasedicilər gələnə kimi azərbaycanlı gənci bir nəfər xilas etməyə çalışıb. Lakin quyuya düşən həmin şəxs də huşunu itirib.
Hadisə yerinə gələn Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri azərbaycanlı gəncin cəsədini quyudan çıxarıblar. Məlum olub ki, həmyerlimizin ölümünə səbəb quyunun dərinliyində qaz kütləsinin toplanması olub.(apa)
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































