Moskvadan Bakıya doğru hərəkət edən avtobus Stavropolda qəzaya uğrayıb.
"İnterfax" bildirir ki, bununla bağlı regionun Fövqəladə Hallar İdarəsinin mətbuat xidmətinin rəhbəri Oleq Deqtyaryev məlumat verib.
"Yerli vaxtla 09:00-da "Qafqaz" magistralının 348-ci kilometrində Moskva-Bakı marşrutu ilə hərəkət edən "Mersedes" markalı mikroavtobus "Ford" və "Lada" avtomobili ilə toqquşub", - xidmət rəhbəri deyib.
O bildirib ki, hadisədən sonra içərisində iki sürücü və doqquz sərnişin olan avtobus aşıb.
Hadisə zamanı 12 nəfər xəsarət alıb. Bunlar "Ford"un sürücüsü və avtobusdakı 11 nəfər, o cümlədən üç uşaqdır.
Yaralılardan yeddisi Pyatiqorsk xəstəxanasına, qalan beş nəfər isə Mineqralovodsk xəstəxanasına yerləşdirilib.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































