Milli Məclisin deputatı Qənirə Paşayevaya qarşı təxribat törədilib.
Bu barədə millət vəkili özü bildirib. Q.Paşayeva kimlərinsə onun adına "Facebook" sosial şəbəkəsində saxta səhifə açdığını deyib:
"Bunu kim edibsə, dünyadakı ən əxlaqsız, tərbiyəsiz adamlardan biridir, oğrudur. Mənim adıma rəsmi səhifəmlə eyni adda səhifə açıb, ora rəsmi səhifəmdəki şəkli və məlumatları qoyublar".
Q.Paşayeva onun adından tanınmış insanlara dostluq göndərən naməlum şəxslərlə bağlı dostlarını şikayət etməyə çağırıb.
"Bu əxlaqsız kimdirsə, həm də peşəkar əxlaqsızdır. Məni səhifəni açan kimi əngəlləyib ki, bu səhifəni görə bilməyim. Yaxşı ki, dostlar xəbər verdi və linki göndərdilər. Bunu edən adamda bir az da olsa əxlaq anlayışı varsa, qapatsın həmin səhifəni, yoxsa rəsmi yollarla şikayət edib bu admini tapacağıq və tədbirlər görüləcək".Azvision.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































