İyulun 14-də Gürcüstan ərazisində yağan güclü leysan yağışları bölgələrdə ciddi problemlər yaradıb.
Ən çox ziyan Gürcüstanın şimalındakı Raca regionuna dəyib. Rioni çayının daşması nəticəsində körpülər dağılıb, yaşayış evlərinə su dolub, kənd təsərrüfatı obyektləri, əkin sahələri su altında qalıb.
Onsk bələdiyyəsinin Qebi kəndində 50 ailə ətraf aləmdəm tam təcrid olunub.
Lixeti və Urevi kəndləri də təbii fəlakətin qurbanına çevrilib. Evləri su basıb, yollarda torpaq sürüşməsi baş verib.
Ümumilikdə 10-dan çox kəndə ciddi ziyan dəyib, infrastruktur dağılıb. İnsan tələfatı barədə məlumat verilmir.
Təbii fəlakət bölgəsinə xilasedicilər, ağır texnika cəlb olunub. Lakin hələlik heç bir əməliyyat həyata keçirilmir. Xilasedicilər Rioni çayında suyun səviyyəsinin enməsini gözləyirlər.
Mətbuatın yazdığına görə, hazırki şəraitdə heç bir əməliyyat həyata keçirmək mümkün deyil.Report
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































