Səudiyyə Ərəbistanından olan 2 tələbə ölümlərindən sonra ABŞ-da qəhrəmana çevriliblər.
Buna səbəb müsəlman gənclərin öz canları bahasına çayda boğulan uşaqları xilas etmələri olub. Teb əl-Yami (27 yaş) və Cazer əl-Raka (25 yaş) Massaçusets ştatında təbiət qoynunda gəzərkən təlaş içərisində Çikopi çayının axının apardığı uşaqlarını səsləyən ananı görüblər. Düşünmədən suya atılan gənclər uşaqları xilas edə bilsələr də,axın gücləndiyi üçün özləri sudan çıxa bilməyiblər. Onların cəsədləri yalnız bir neçə gün sonra xilasedicilər tərəfindən aşkarlanıb.

Məlum olub ki, qohum olan Teb və ABŞ-da inşaat və mühəndislik üzrə təhsil alırmışlar.
ABŞ Dövlət Departamenti qəhrəmancasına dünyalarını dəyişən müsəlmanların doğma və yaxınlarına başsağlığı verib. Rəsmi bəyanatda qeyd edilir ki, onların cəsurluğu Amerika ictimaiyyətini zənginləşdirən xarici tələbələrdə olan bütün yaxşılıqların təcəssümüdür.
P.S. Müsəlmanların ABŞ-a girişinə qadağa qoyan Tramp adam kimi düşünsə, bəlkə bundan sonra səhvini anlaya...
Sultan Laçın
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































