Azərbaycanın tanınmış müğənnisi Emma (Elmira) Ələkbərzadə instaqramda müzkairələrə səbəb olan video paylaşıb.
Sənətçi Dənizkənarı Milli Parkda xoşagəlməz hadisə ilə qarşılaşıb.
Belə ki, Ələkbərzadə bulvarın Yeni Bayıl ərazisində ilanla qarşılaşıb və onu görüntüləyərək sosial şəbəkədə yayıb.
Emma "Bəli, bura Bakıdır. Təzə Bayıl bulvarımız! Bu, qara və böyük ilandır. Özü də gürzə! Xahiş edirəm özünüzü və övladlarınızı qoruyun. Mənim üçün bulvarda gəzmək söhbəti bağlandı"- deyə şərh bildirib.
"Qafqazinfo" mövzu ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovla əlaqə saxlayıb. Rəis müavini videoyla tanış olduğunu, lazımı addımların atılacağını söyləyib:
"Elmira Ələkbərzadə Azərbaycanda kifayət qədər tanınmış, sevilən və hörmətli mədəniyyət işçisidir. Biz onun səmimiyyətinə inanırıq. Həmin görüntülərdəki yer bulvar ərazisinə oxşayır. Amma bizim əməkdaşlar bu günə kimi bulvarda ilan görməyiblər.
Havalar isti keçir, ilan ölkənin hər yerində olduğu kimi Bakı şəhərində də ola bilər. Bu, bizə siqnal idi. Videoya baxandan sonra işə daha çox ciddi yanaşmağa başladıq. İdarəninin bütün işçilərinə tapşırıqlar verilib ki, diqqətli olsunlar. Bundna əlavə, bütün icra orqanları və nazirliklərlə əlaqələri gücləndirir. İnsan olan yerdə ilan olmağı xoşagələn hadisə deyil".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































