Kanadada anomal istidən ölənlərin sayı 17 nəfərə çatıb.
Mediainfo.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl 15 nəfərin öldüyü bildirilirdi.
Məlumata görə, 12 nəfər Monreal şəhərində anomal istilərə tab gətirməyib. İyulun 4-də Monrealda havanın temperaturu müsbət 40 dərəcəyə çatıb. Meteoroloqların proqnozlarına əsasən, Kvebek əyalətinin ən iri şəhərində qızmar hava şəraiti iyulun 6-dək davam edəcək.
Daha 5 nəfər ölkənin şərq bölgəsində anomal istilərin qurbanı olub. İqlim normasından yüksək temperatur Ontario vilayətində də müşahidə olunur.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































