Hazırda elektrik enerjisinin verilişi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttinin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları işləmir və sərnişinləri qəbul etmir.
Bunu "Report"a Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədli deyib.
"Bununla əlaqədar, Bakı Nəqliyyyat Agentliyi Sumqayıt və ətraf ərazilərdən Beynəlxalq Avtovağzal Kompleksinə gələn marşrut xətləri üzrə avtobusların, müvəqqəti olaraq, metronun "İnşaatçılar", "Memar Əcəmi" və "Nizami" stansiyalarına hərəkətini təşkil edib. Eyni zamanda, "Avtovağzal" stansiyası istiqamətində sərnişin sıxlığının mümkünlüyünü nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə fəaliyyət göstərən marşrut xətlərinin sayının artırılması ilə bağlı daşıyıcılara göstəriş verib", - deyə o əlavə edib.
B.Məmmədlinin sözlərinə görə, elektrik enerjisinin verilişi bərpa olunan kimi "Avtovağzal-Memar Əcəmi" stansiyaları arasında qatarların hərəkəti təmin ediləcək və sərnişinlər stansiyaların xidmətindən istifadə edə biləcək.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































