Bu gün səhər saatlarında Bakı metrosunda sərnişin sıxlığı yaşanıb və qatarların intervalında gecikmələr müşahidə olunub.
Bu barədə sosial şəbəkələrdə yazılıb. Məsələyə aydınlıq gətirmək üçün "Bakı Metropoliteni" QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Baku.vvs-ə açıqlamasında bildirdi ki, səhər saat 08:30-da Dərnəgül"istiqamətində gedən qatar dayandırılıb və içərisindəki sərnişinlər boşaldılıb. Buna səbəb "Dərnəgül" stansiyasında qatarların avtomatik idarəetmə sistemində nasazlıq yaranması olub. Nəticədə bir müddət qatarların intervalında gecikmələr yaranmasın deyə "Dərnəgül" stansiyası istiqamətinə gedən qatarlar əl ilə idarəetməyə keçirilib. Onun sözlərinə görə, "Azadlıq" stansiyasına qədər qatarlar avtomatik idarəetmə ilə tənzimlənir və bu stansiyaya qədər qatarların intervalında heç bir problem yoxdur:
"Yalnız "Dərnəgül" stansiyasında problem olub. Bu stansiyada dispeçerlər əl ilə idarəetməyə keçiriblər. Bu baxımdan qatarların intervalında ləngimələr olub. Problem artıq həll edilib. Hazırda qatarlar "Dərnəgül" stansiyasına avtomatik idarəetmə sistemi ilə daxil olurlar", - deyə Bəxtiyar Məmmədov bildirib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































