Miqrantları daşıyan qayıq batdı - 100 nəfər itkin düşdü

Miqrantları daşıyan qayıq batdı - 100 nəfər itkin düşdü

Lviya sahillərində miqrantları daşıyan qayıq batıb.

APA-nın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 100-ə yaxın insan itkin düşüb.

Qayığın göyərtəsində 120 miqrantın olduğu ehtimal olunur. Liviya Sahil Mühafizə Xidmətinin əməkdaşları 16 miqrantı xilas edə bilib, 3 uşağın meyiti sudan çıxarılıb. İtkin düşənlərin arasında iki körpə və 12 yaşadək olan üç uşaq var.

Sağ qalan miqrantların sözlərinə görə, qayıq dənizə çıxdıqdan bir neçə saat sonra batıb. Qayıqda əsasən Mərakeş və Yəmən vətəndaşları olub.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az