Cənubi Koreya millisi DÇ-2018 çərçivəsində Almaniya yığması üzərində tarixi qələbə qazansa belə, komandanın mundialla erkən vidalaşması vətənlərində birmənalı qarşılanmayıb.
Milli komandanın üzvləri geri dönən kimi "İnçxon" beynəlxalq hava limanında jurnalistlərin qarşısına çıxıb.
Yanıqlı azarkeşlərdən biri komanda üzvlərini yumurta atəşinə tutub.
Xatırladaq ki, oxşar atmosfer Cənubi Koreyanın DÇ-2014-dəki çıxışından sonra da yaşanmışdı. Həmin vaxt aeroportda, qrup oyunlarında cəmi bir xal toplayan koreyalı futbolçuların üzərinə konfetlər atılmışdı.
Konfet atılması Koreya adət-ənənələrinə ən böyük təhqirlərdən sayılır.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































