Bakının Nizami rayonunda konditer sexində güclü yanğın baş verib.
Mediainfo.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Əli Vəliyev küçəsi, 7 A ünvanında qeydə alınıb.
Hadisə zamanı bir-birinə bitişik yerləşən bir neçə şirniyyat sexi yanıb. Yanğın əvvəlcə sexlərin birindən başlayıb və sonradan digərlərinə də keçib. Həmin vaxt sexlərdə heç kimin olmadığı bildirilir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğın Mühafizə Xidmətinin canlı qüvvə və 9 texnikası cəlb olunub. Tez bir zamanda yanğın lokallaşdırılıb.
Hadisənin dəqiq səbəbləri bilinməsə də, ilkin ehtimal olaraq elektrik naqillərindəki qısaqapanmadan qaynaqlandığı deyilir. Təhlükəsizlik məqsədi ilə yaxınlıqdakı yaşayış binalarına elektrik enerjisinin verilişi də müvəqqəti dayandırılıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































