Kürdəmirdə güclü külək rayonun Böyük Kəngərli və Bala Kəngərli kəndlərinə ziyan vurub.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, adı çəkilən kəndlərdə iri gövdəli ağaclar tikililərin üzərinə aşıb, bir neçə evin, fermanın və tövlənin dam örtüyü uçub.
Bundan başqa, əkin sahələrinə, meyvə bağlarına da ziyan dəyib.
Hazırda Kürdəmir Rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri kəndlərdə təbii fəlakətdən ziyan çəkən insanlarla görüşür, onların müraciətinə baxır, dəymiş zərərin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparır.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































