Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları meksikalı sərnişinin şikayəti ilə bağlı taksi sürücüsünün axtarışına çıxıblar. Apasport.az saytının "İnterfaks"a istinadən məlumatına görə, sözügedən sərnişin 2 km-lik yol üçün 6 min rubl (təxminən 164 manat) ödəyib.
Meksikalı qadın iyunun 8-də Nevski prospektinə getmək üçün BMW markalı taksiyə əyləşib. Onun iddiasına görə, lazım olan yerə çatdıqdan sonra taksi sürücüsü xidmət haqqı olaraq 7 min rubl (təxminən 191 manat) tələb edib.
"Turist əvvəlcə etiraz edib. Sürücü isə buna cavab olaraq qapıları kilitləyərək, onun avtomobildən düşməsinə izin verməyib. Qadın məcbur qalıb və 6 min rubl ödəyib. O, yalnız bundan sonra taksini tərk edə bilib" – deyə, mənbə bildirib.
Artıq avtomobil sahibinin kimliyi müəyyənləşib. O, Qatçina şəhərinin sakinidi. Axtarışlar davam edir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































