Bakıda ağır yol qəzası baş verib.
Lent.az xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi ərazisində (Atçılıq adlanan yer) 136 saylı marşrut xətti üzrə hərəkət edən "Daevo Nyu BS" markalı sərnişin avtobusu yolun kənarındakı dayanacağa çırpılıb. Avtobusun idarəetməsini itirən sürücü gəldiyi sürətlə dayanacağa doğru istiqamətlənib və oradakı şəxslərdən biri nəqliyyat vasitəsinin altında qalaraq vəfat edib. Daha bir nəfər isə ağır xəsarət alıb.
Hadisə şahidləri bildiriblər ki, avtobusun sürətlə yaxınlaşıdğını görən 60-65 yaşlı kişi qadınları kənara itələyib. O, özü uzaqlaşa bilmədiyindən avtobusun altında qalaraq ölüb.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































