Sumqayıt şəhərində yol qəzası nəticəsində 4 nəfər ağır xəsarət alıb.
Mediainfo.az-ın "Report"a istinadən məlumatına görə, ötən gecə şəhərin Səməd Vurğun küçəsi ilə Dənizkənarı bulvar istiqamətində hərəkətdə olan avtomobil qarşı tərəfdən gələn digər maşınla toqquşub.
Hadisə nəticəsində Sumqayıt şəhər sakini - 1998-ci il təvəllüdlü Əliyev Nahid Zahid oğlu , 1998-ci il təvəllüdlü Məcidov Rövşən İslam oğlu, 2000-ci il təvəllüdlü Tağıyev Kamil Şahin oğlu və 2000-ci il təvəllüdlü Bayramov Fəqan İsmayıl oğlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Qəzaya düşən gənclər Qədr gecəsi əməllərini yerinə yetirmək üçün məscidə gedirlərmiş.
Faktla bağlı araşdırma aparılır.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































