"İtalyanlar onun dostunu xilas etdilər, Elnuru isə yox"

"İtalyanlar onun dostunu xilas etdilər, Elnuru isə yox"

İtaliyada göldə boğularaq ölən azərbaycanlı tələbə Elnur Babayevin meyiti hələ də tapılmayıb.

Bu haqda azxeber.com-a İtaliyada təhsil alan tələbələr məlumat verib.

Onlar hadisənin təfərrüatları haqda danışıb: "Elnur dostu Elvin ilə Albano gölünə dincəlməyə getmişdi. Elnur gölü, dənizi çox sevirdi. Göl çox dərin olduğundan onların əynində qoruyucu jaket də olub. Anidən jaket əyinlərindən çıxıb və hər iki gənc boğulmağa başlayıb. Onların batdığını görən ətrafdakı italyanlar xilas üçün gölə giriblər. Onlar Elviniı xilas etsələr də, Elnuru xilas etmək mümkün olmayıb. Bu hadisədən sonra Elvin hələ də özünə gələ bilmir".

Onun dediyinə görə, göldə boğulan Elnurun atası hazırda İtaliyadadır və bəzi mətbuat orqanlarında oğlu ilə bağlı yayılan xəbərlərdən çox narahatdır: "Bəzi mətbuat orqanlarında onun meyidinin tapıldığı və Bakıya göndərildiyi yazılsa da, bu məlumat düz deyil. Elnurun atası biziynən buradadır, elə şey olsa, ilk olaraq atası bilir".

Tələbələr dünən Elnurun batdığı gölün qarşısında etiraz aksiyası keçiriblər: "Dünən İtaliyada təhsil alan 100-dən çox tələbə Elnurun batdığı Albano gölünün önünə toplaşdıq. Orada İtaliya dövlətindən bu məsələyə həssas yanaşmasını tələb etdik. Ancaq hadisədən 5 gün keçməsinə baxmayaraq, hələ də Turin şəhərindən axtarış üçün avadanlıqlar bura göndərilmir".

Xatırladaq ki, Roma Universitetinin Politologiya fakültəsinin tələbəsi olan 29 yaşlı Elnur Babayev iyunun 2-də Kastel Qandolfo şəhərindəki Albano gölündə boğulub.

O, ailənin yeganə oğul övladı idi.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az