ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Göyçay rayonunda taxıl sahəsi və nar bağında güclü yanğın baş verib.
APA-nın xəbərinə görə, Bığır kəndində biçilməmiş taxıl sahəsində və nar bağlarının təxminən 25 hektar ərazisi yanıb.
Hazırda yanğın davam edir.
Hava küləkli olduğundan yanğının qarşısını almaq çətinləşib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay, İsmayılı, Ağsu rayonlarının Yanğından Mühafizə hissələrinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Alovun qarşısını almaq üçün tədbirlər görülür.