Ötən ilin 5 dekabrında prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunan Fazil Məmmədovun vəziyyətinin heçdə ürəkaçan olmadığı deyilir.
nazir "AtaBank"dan götürdüyü milyonlarla manat krediti ödəyə bilmir. Məlumatı verən mənbə bildirir ki, bu səbəbdən Fazil Məmmədova məxsus təyyarə əlindən alınıb.
Qeyd edək ki, keçmiş nazirin "Qolfstrim" markalı model təyyarəsi var. Bu təyyarə bir vaxtlar Fazil Məmmədovun nəzarət etdiyi "AtaBank"dan ona verilən milyonlarla manat dəyərindəki kredit qarşılığında girov qoyulmuşdu. Nazir olduğu vaxt krediti vaxtında ödəyən Fazil Məmmədov işdən çıxarıldıqdan sonra ödənişləri etməyib. Bu səbəbdən də şəxsi təyyarəsi əlindən alınıb. Bildirək ki, qeyd edək ki, hal hazırda "AtaBank" İdarə heyyətinin sədri Fazil Məmmədovun bacısı oğlu Dəyanət Quliyevdir.
Məlumat üçün qeyd edək ki, sabiq nazirin təyyarəsinin 20-30 milyon manat dəyərində olduğu bildirilir. (azfakt.com)
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































