Zaqatalada dünən axşam baş verən zəlzələ ilə əlaqədar Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları əraziyə yollanıb.
Bu barədə APA-ya Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli danışıb. Q.Yetirmişli bildirib ki, xidmət əməkdaşları ərazidə tədqiqat aparacaq:
"Hazırda əraziyə gedirik. Zəlzələ ocağında prosesin necə getdiyi araşdırılacaq. Bu işlərdən sonra zəlzələnin baş vermə səbəbləri və gərginliyin artma ehtimalının olub-olmadığı ilə bağlı ictimaiyyətə dəqiq məlumat veriləcək".
Seysmoloji Xidmət Mərkəzi isə zəlzələ güclü olduğu üçün indiyə qədər 7 avterşok baş verdiyini bildirib. Zəlzələ güclü olduğu üçün avterşokların bir müddət davam edəcəyi də vurğulanıb.
Qeyd edək ki, ötən gün saat 22:40-da Zaqatalada 6 bala qədər hiss edilən zəlzələ baş verib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































