Son günlər yağan leysan yağışları Ağsu rayonunda bir sıra fəsadlar törədib. APA-nın yerli bürosunun xəbərinə görə, dünən axşam saatlarında Ağsu cayı bir neçə istiqamətdə öz məcrasından çıxaraq Maşadqanlı kəndinin yolunu tamamilə dağıdıb. Nəticədə kəndin 1500 nəfər sakininin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi tamamilə kəsilib. Yolun dağılması nəticəsində kəndin elektrik və rabitə dirəkləri aşıb, içməli su və qaz xətti qırılaraq sıradan cıxıb. Bundan başqa çaya gələn güclü sel kəndin suvarma kanallarını da dağıdıb.
Vəziyyətlə bağlı rayonun rəhbər şəxləri hadisə yerində olub və sakinlərlə görüşüb. Yaxın vaxtlarda yolun yenidən bərpa olunması istiqamətində işlərə başlanılacağı qeyd olunub.
Kəndə müvəqqəti gediş-gəlişi bərpa etmək üçün hazırda əraziyə texnikalar cəlb olunaraq alternativ yol çəkilişi aparılır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































