60 yaşlı xalq artisti Alim Qasımov çöpçüyə getmək məcburiyyətində qalıb.
Xanəndə Muz TV-nin "DostuMUZ" layihəsində toyların birində başına gələnhadisəni danışıb:
"Son toyların birində mənim üçün xüsusi balıq yeməyi hazırlamışdılar. Bütün toyu heç nə yeməmişdim, düşünürdüm ki, səsimə mane olar. Toy bitdi, elə birinci tikəni ağzıma qoymuşdum ki, xəncər kimi bir şey boğazıma batdı. Bütün toyu heç nə yeməmişdim, indi də belə. Allah bərəkət versin deyib, ayağa qalxdım. Tər-suyun içində maşəna mindim, uşaqlarımı apardığım çöpçünün evinə gəldim.Gecə saat 3-4 radələridir, qapını döydüm. Yol boyu xeyli çörək yedim, sümük keçmədi. Çöpçü arvad əlinə çörək götürüb, üflədi, sümük o dəqiqə keçdi"- deyə nəql edən sənətkar, o gündən bəri balıq yeməyə qorxduğunu etiraf edib. (baku.vvs)
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































