Rusiyanın "O1 Qrup" investisiya şirkətinin sahibi Boris Mints ölkədən qaçıb.
Axar.az xəbər verir ki, bu barədə "Vedemosti" qəzeti məlumat yayıb. Qəzet Mintsin ailəsi ilə birgə Londona köçdüyünü bildirib.
Məlumata görə, Mintsin özü ilə bərabər oğulları da ailələri ilə Londona gəlib. Milyarderin ölkəni tərk etmə səbəbi hələlik tam açıqlanmayıb.
Qeyd edək ki, Mints Şərqi və Mərkəzi Avropanın bir sıra ölkələrində aktivlərə sahibdir. O, 2017-ci ildə Rusiyanın ən varlıları sırasında 72-ci yerdə qərarlaşıb. Onun sərvəti 1,3 milyard dollar həcmində olub.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































